Siyəzəndə “KİA” kombaynla toqquşub - FOTOLAR+VİDEO

  20 İyun 2019    Oxunub : 2871
Siyəzəndə “KİA” kombaynla toqquşub - FOTOLAR+VİDEO
Bakı-Quba magistralının 79-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, Siyəzən rayonunda “KİA Sportage” markalı maşınla kombayn toqquşub. Qəza nəticəsində kombayn aşıb. Hadisə zamanı sürücülər Raqil Abbasov və İlqar Şirinov yüngül xəsarət alıblar. Onlar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Minik avtomobilinə ciddi ziyan dəyib. Əraziyə cəlb olunan yol polisləri faktla bağlı araşdırma aparırlar.

Ehtimal olunur ki, qəzaya yüksək sürətlə hərəkətdə olan “KİA Sportage” səbəb olub.



















Foto: Şahin Sərdarov
Azvision.az

Teqlər: Siyəzən   Qəza