Qeysəriyyə əməliyyatını icazəsiz edənlər cəzalandırılacaq

  27 Noyabr 2013    Oxunub : 497
Qeysəriyyə əməliyyatını icazəsiz edənlər cəzalandırılacaq
Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatını qeyri-qanuni aparan şəxslər məsuliyyət daşıyacaqlar.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.

Dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılır. Qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Teqlər: