Prezident bulvara 10 milyon manat ayırdı

  27 Noyabr 2013    Oxunub : 548
Prezident bulvara 10 milyon manat ayırdı
Bakı bulvarında yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün 10 milyon manat ayrılıb.

AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində Dənizkənarı Bulvarda yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhərində Dənizkənarı Bulvarda aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 10 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Teqlər: