Gənc qadın liderlər Azərbaycana gəlib

  27 Noyabr 2013    Oxunub : 714
Gənc qadın liderlər Azərbaycana gəlib
“Gənc qadın liderlərin beynəlxalq konfransı” çərçivəsində ölkəmizdə səfərdə olan gənc qadın liderlər bir neçə dövlət strukturlarında görüşlər keçiriblər.
“Demokratik İslahatçı Gənclər” İctimai Birliyindən verilən məlumata görə, Azərbaycanda qadın siyasəti, gənc liderlərə, vətəndaş cəmiyyətinin qadın liderlərinə göstərilən qayğı ilə maraqlanan qonaqlar layihənin donoru qismində iştirak edən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın sədr müavini Sədaqət Qəhrəmanova və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə görüşüblər.

Müzakirələr zamanı Azərbaycanda ictimai-siyası mühitdə gənc xanımların iştirakçılıq səviyyəsi, qadınların siyasətdə, biznesdə uğurları barədə, yeni zamanda hər üç qurumun fəaliyyəti, uğurları barədə gniş fikir mübadiləsi aparılıb. Qonaqlara eyni zamanda Azərbaycanda müstəqil donor institutlarının fəaliyyəti, bu qurumlardan xarici qht-lərin faydalanmaq səviyyəsi barədədə ətraflı məlumat verilib.

Gənclər Fondunun yeni yaranmasına rəğmən qazandığı uğurlardan söhbət açan Fərhad Hacıyev, Fondun imkanlarından yalnız gənclər təşkilatlarının deyil, eyni zamanda, müstəqil gənclərin, araşdırmaçıların, beynəlxalq təşkilatların da dəsətk aldıgını vurğulayıb.

QHT-lərə Dövlət Təstəyi Şurasının rəhbəri millət vəkili Azay Quliyev qonaqlara Şuranın bu günə kimi əldə etdiyi uğurlardan söz açıb. Şura sədri bildirib ki, rəhbərlik etdiyi qurum artıq xarici qht-lər üçün elan etdiyi ilk müsabiqənin nəticələrini açıqlayıb və bu növbəti illərdə də davam etdiriləcək.

Qadın komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova uzun illər dövlət strukturunda təmsil olunan bir qadın kimi gənc liderlərə ailə ilə iş həyatında qadınların necə uğur qazana biləcəkləri barədə tövsiyyələrini verib.

Gənc liderlərə Azərbaycanda qadınların rolu barədə məlumat verən Demokratik islahatçı Gənclər İctimai Birliyinin Vüsalə Hüseynli, bu gün gənc xanımlarımızın müxtəlif sahələrdə qazandığı uğurlardan bəhs edib. Bidlirib ki, bu gün Azərbaycan xanımları diplomat, hüquqşünas, biznes sahəsində və digər istiqamətlərdə uğur qazanıb. Bir çox Avropa ölkələrindən fərqli olaraq, bu gün Azərbaycan gənclərinin örnək ala biləcəyi evinin xanımı və eyni zamanda, siyasətdə uğur qazamnış ölkənin birinci xanımı Mehriban Əliyevanın simasında nümunəsi var: “Mehriban xanım 3 övlad anası, siyasətçı xanımı, eyni zamanda, aktiv Azərbaycan qadını nümunəsini özündə birləşdirən bir xanımdır”.

Layihə rəhbəri onu da qeyd edib ki: “Bizim qadınlar nə qədər uğur qazansalarda, onlar üçün, atalarının, ailədə həyat yoldaşlarının, övladlarının atasının xüsusi rolu var və biz bunu qoruyan ölkələrdənik”.
Xatırladaq ki, layihə Azərbaycan Prezidenti yanında Azərbaycan Gənclər Fondunun və UN- Habitatın dəstəyi ilə reallaşıb və layihə çərçivəsində 14 ölkənin qadın liderləri iştirak ediblər.

Teqlər: