Rusiya XİN: Kiyevin qərarının bizə dəxli yoxdu

Rusiya XİN: Kiyevin qərarının bizə dəxli yoxdu
  27 Noyabr 2013    Oxunub:1135
Rusiya AB-nin bəyanatından təəcübləndiyini bildirir.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Avropa Birliyinin sədri Herman Van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun Ukraynanın AB ilə assosiativ razılaşma və dərin, tam əhatəli azad ticarət zonası haqqında sazişin hazırlanma prosesinin dayandırılmasına dair birgə bəyanatını təəccüblə qarşılayıb.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, XİN-nin məlumatında bildirilir ki, son günlər bir sıra Avropa siyasətçiləri və rəsmiləri tərəfindən səsləndirilən bəyanatlarda Rusiyanın mövqe və hərəkətlərinin qəti sürətdə pislənməsi təəssüf doğurur.

“Bu kimi bəyanatlar Ukrayna cəmiyyətində “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində Avropa Birliyi tərəfindən bu ölkəyə və bir sıra dövlətlərə qarşı aşkar təzyiq nəticəsində yaranmış problemləri, çox güman ki, Rusiyanın üzərinə qoymaq səyləri ilə bağlıdır. Rusiya dəfələrlə, o cümlədən prezident səviyyəsində, bu siyasətin zərərli olduğunu vurğulayıb. İqtisadi birlik seçimi qonşularımızın suveren hüququdur, və biz bu seçimə hörmətlə yanaşacağımızı daim qeyd etmişik”, - deyə Rusiya xarici işlər idarəsinin yaydığı açıqlamada deyilir.


Teqlər:





Xəbər lenti