Heydәr Әliyev prospektində zəncirvari qəza

  26 Noyabr 2013    Oxunub : 438
Heydәr Әliyev prospektində zəncirvari qəza
Heydәr Әliyev prospektində 5 avtomobil toqquşub.
Bu gün axşam saatlarında Heydәr Әliyev prospektinin Koroğlu metrosu istiqamәtində 5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. AzVision.az APA- ya istinadən xəbər verir ki, “99 EX451” dövlət nömrə nişanlı “Opel”, “90 MO 787” dövlət nömrə nişanlı “Hyundai”, “90 XP 488” dövlət nömrə nişanlı “BMW”, “90 BM 315” nömrə nişanlı “LADA 21015” və “99 FC 176” nömrəli “Mercedes” markalı avtomaşınlar zәncirvari qәza törədib.

Qəza nəticəsində xәsarәt alan yoxdur.

Maşınlara ziyan dәyib.

Teqlər: