Qubada iki maşın toqquşub, xəsarət alan var

  26 Noyabr 2013    Oxunub : 412
Qubada iki maşın toqquşub, xəsarət alan var
Bu gün Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib. AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 170-ci km-də, Qubanın Mirzəmməd kəndi ərazisində qeydə alınıb.

25 yaşlı Quba rayon sakini Xəyyam Yunisovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 23 yaşlı Quba şəhər sakini Mehdi Nadirlinin idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü X.Yunisov müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: