Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

   Avropa Liqasının kuboku Cocuq Mərcanlıda
  19 May 2019    Oxunub:4066
UEFA Avropa Liqasının kubok turu – bütün Avropadan futbol azarkeşləri üçün turnirin bir parçası olmaq, fəxri mükafatı yaxından görmək və futbol ulduzları ilə görüşmək üçün unikal imkandır.
Bu il kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib və Azərbaycanın paytaxtı – Bakı şəhərində başa çatıb.

Kubok Avropa Liqasının səfiri olan portuqaliyalı futbolçu Nunu Rikardo tərəfindən şəxsən təhvil verilib.

Kubok mayın 18-də Bakıya gətirilərək, Azərbaycanın regionlarında səyahətə yollanıb və respublikanın ikinci böyük şəhəri qədim Gəncə və Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində dayanıb. Dayanacaq məntəqələrində sakinlər və tədbir qonaqları xüsusi təchiz olunmuş şəkil zonalarında kubokla şəkil çəkdirə biləcəklər, həmçinin onları əyləncəli konsert proqramları, Bakıda final oyununa bilet qazanmaq imkanı və digər hədiyyələr gözləyir.

Azyaşlı qonaqlar üçün face-art, animatorlar, futbol üzrə ustad dərsləri, oyunlar və digər əyləncələr hazırlanıb.

Tədbirin daha bir diqqətçəkən məqamı Avropa Liqasının final oyununun səfiri Vəli Qasımov, həmçinin “Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyaları olacaq.

UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda yerli vaxtla saat 23:00-da başlayacaq.

Azvision.az


Teqlər:





Xəbər lenti