Rəqibin boğazından tutan İbrahimoviç cəzalandırılıb

Rəqibin boğazından tutan İbrahimoviç cəzalandırılıb
  18 May 2019    Oxunub:2479
“Los-Anceles Qalaksi” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç MLS çempionatı çərçivəsində “Nyu York Siti” klubuna qarşı keçirilən oyundakı insidentlə əlaqədar iki oyunluq diskvalifikasiya edilib.
Hadisənin videosu “Bein SPORTS”un “YouTube” kanalında yayımlanıb.

37 yaşlı futbolçu rəqibin qapıçısı Şon Consonla mübahisə edib. Mübahisə zamanı isveçli hücumçu rəqibinin boğazından tutub. Nəticədə o, qarşılaşmanın 86-cı dəqiqəsində qırmızı vərəqə alıb.

Qeyd edək ki, mayın 11-də keçirilən görüş “Nyu York Siti”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İbrahimoviç MLS-də 10 oyun keçirib və doqquz qol vurub.



Azvision.az



Teqlər: Zlatanİbrahimoviç  





Xəbər lenti