Azərbaycan- Türkiyə ticarət dövriyyəsi artır

Azərbaycan- Türkiyə ticarət dövriyyəsi artır
  24 Noyabr 2013    Oxunub:7873
Azərbaycan və Türkiyə ticarət dövriyyəsinin qarşılıqlı artırılması imkanlarını öyrənirlər.
Azərbaycan və Türkiyə ticarət dövriyyəsinin qarşılıqlı artırılması imkanlarını öyrənirlər. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, son 10 il ərzində həm Azərbaycanda, həm də Türkiyədə müşahidə edilən sürətli iqtisadi inkişaf iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına müsbət təsir edir. Dünya miqyasında ən yaxın ölkələr olan Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi son illərdə artmaqda davam edir.

Nazirlikdən bildirilib ki, 2012-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 20,6 faiz, cari ilin son 9 ayı ərzində isə 2,7 faiz artıb: "Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan ölkə kimi Türkiyə Azərbaycanın ixracatçı ölkələr siyahısında birincidir, eləcə də Azərbaycanın qeyri-neft məhsullarının idxalçıları siyahısında üçüncüdür. Qeyd etmək lazımdır ki, Türkiyə ilə ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial var. Bu nöqteyi-nəzərdən yeni imkanların araşdırılması üçün işçiq rup yaradılıb".

Bundan əlavə, ölkə qarşılıqlı investisiyaları da artırır: "Dünya təcrübəsi göstərir ki, istənilən ölkədə investisiya mühitinin cəlbediciliyi bu ölkədə hüquqi sistemin əlçatanlığı, iqtisadi inkişafın və investisiya həcmlərinin ardıcıllığı ilə səciyyələnir. Son illər Azərbaycan da, Türkiyə də böyük həcmdə xarici investisiyalar cəlb edə biliblər. Bununla yanaşı, ölkələr qarşılıqlı investisiyaları da artırırlar. Belə ki, Türkiyə 1,5 milyard dollarlıq investisiyalarla Azərbaycanın qeyri-neft sektorunun sərmayəçiləri arasında birinci yeri tutur. Ötən ilin sonu ilə müqayisədə Azərbaycanda əsas kapitala Türkiyənin investisiyaları 11 faiz artaraq 2,44 milyard dollara çatıb. Bundan başqa, Türkiyə Azərbaycana investisiyalar yatıran ölkələr arasında birinci yeri tutur. Son illərdə Azərbaycanın Türkiyədə yatırımları 11 faiz artaraq beş milyard dollara çatıb. Təkcə ARDNŞ 2018-ci ilədək Türkiyəyə 17 milyard dollar sərmayə qoymağı planlaşdırır".

Noyabrın 12-13-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edib. Bu, İ.Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsindən sonra ilk xarici səfəri olub.


Teqlər:





Xəbər lenti