Messi “Qalatasaray”ı və Arda Turanı təriflədi

  23 Noyabr 2013    Oxunub : 659
Messi “Qalatasaray”ı və Arda Turanı təriflədi
Argentinalı futbol ulduzu Lionel Messi “Qalatasaray” və Arda Turan haqqında önəmli açıqlamalar verib. AzVision.az xəbər verir ki, Türkiyənin “Fanatik” qəzetinə müsahibə verən “Barselona”nın oyunçusu Ardanı İspaniyanın ən yaxşı futbolçularından biri hesab etdiyini deyib: “Arda İspaniyada liqanın ən yaxşı futbolçuları arasındadır. Mükəmməl bir oyun görüşü olan, oyuna birbaşa təsir edən və nəticəni dəyişdirə bilər bir futbolçudur. Onun bir çox istedada malik olduğunu düşünürəm. Texnikası yüksəkdir, rəqibini asanlında keçə bilir. Onun formasının bu şəkildə davam etməsi “Atletiko” və ölkəsi Türkiyə üçün çox önəmlidir”.

Lionel Messi “Qalatasaray” haqqında da danışıb: ““Qalatasaray”ın trasferləri ilə daha da gücləndiyini düşünürəm. Dünya miqyasında tanınan futbolçular aldılar. Onları bu mövzum izləmək imkanım olmayıb. Ammma həm Droqba, həm də Sneydur karyeraları mübahisəsiz isimlərdir. Ötən il Çempionlar Liqasında böyük işlərə imza atdılar. Xüsusilə, “Real”a qarşı ¼ finaldakı performansları alqışlanmalı bir uğur idi”.

Teqlər: