Rəqəmsal TV siqnallarının əhatə zonası genişlənir

Rəqəmsal TV siqnallarının əhatə zonası genişlənir
  23 Noyabr 2013    Oxunub:1310
Azərbaycanda rəqəmsal TV siqnallarının əhatə zonası genişləndirilir.
AzVision.az xəbər verir ki, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) DVB-T standartında rəqəmsal televiziya siqnalının 20 yeni ötürücüsünü quraşdırıb. Bu barədə İB-dən bildirilib.

Məlumatda deyilir ki, yeni stansiyaların ümumi sayından 14 ədədi artıq istismara verilib. Yerdə qalan altı stansiya enerji təchizatının təmin olunmasından sonra yaxın vaxtlarda işə salınacaq.

Respublika ərazisində fəaliyyət göstərən stansiyaların ümumi sayı 76 ədədə çatıb. Hazırda ölkə əhalisinin 98 faizə yaxını rəqəmsal TV siqnalları ilə əhatə olunub.

Trend


Teqlər:





Xəbər lenti