Paracüdo üzrə Qran-Pri turnirinə yekun vurulub

Paracüdo üzrə Qran-Pri turnirinə yekun vurulub
  15 May 2019    Oxunub:2406
Heydər Əliyev adına İdman Sarayında keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri turniri başa çatıb. Yarışda 35 ölkədən 214 cüdoçu qalib adı uğrunda mübarizə aparıb.
Azvision.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə Azərbaycan millisi 21 idmançı ilə təmsil olunub.

Yarışın sonuncu günündə kişilər 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı, qadınlar isə 63, 70 kiloqram və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparıblar.

Turnirin ikinci günündə 9 paracüdoçumuz medallar uğrunda mübarizə aparıb. Təmsilçilərimizdən Rövşən Səfərov finala qədər inamla irəliləyib. Doxsan kiloqram çəki dərəcəsində çıxış edən idmançımız moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib.

Paracüdoçumuz növbəti mərhələdə Türkiyə idmançısı İbrahim Bölükbaşı 3 saniyəyə ipponla məğlub edərək yarımfinala adlayıb. Növbəti görüşündə də idmançımız ukraynalı Aleksandr Nazarenkonu 3 saniyəyə ipponla məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə Rövşən Səfərov İran idmançısı Vahid Nuriyə məğlub olub və gümüş medala layiq görülüb.

Altmış kiloqram çəkidə çıxış edən Xanım Hüseynova isə bürünc medala sahib olub. Turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

Qeyd edək ki, "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirdə Azərbaycan millisi 3 qızıl, 4 gümüş və 4 bürünc medalla komanda hesabında ikinci yeri tutub.

Azvision.az


Teqlər: Paracüdo  





Xəbər lenti