Mənzildə 74 yaşlı qadının meyiti tapılıb

Mənzildə 74 yaşlı qadının meyiti tapılıb
  23 Noyabr 2013    Oxunub:1017
Bakının Nərimanov rayonunda 1939-cu il təvəllüdlü Qasımova Rəfiqə Eyvaz qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə fərdi yaşayış evinin giriş qapısını açaraq içəri daxil olub.

Mənzilə baxış keçirilərkən R.Qasımova otaqda huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən olunub. R.Qasımovanın cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti