Lakin ikinci hissədə qonaqların yarımmüdafiəçisi Lukas Moura 3 qol vuraraq komandasına möhtəşəm qələbə qazandırıb. "Real", "Yuventus" kimi nəhəngləri mübarizədən kənarlaşdıran "Ayaks" matçın son saniyələrində buraxdığı qolla final şansını itirib.
Beləliklə, iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda İngilis finalında "Liverpul"la "Tottenhem" üz-üzə gələcək.
Kənan Məmmədov
AzVision.az