Şamaxıdan Qubaya birbaşa avtomobil yolu çəkilir
İş icraçısı Rövşən Babayev bildirib ki, bu layihə reallaşdıqdan sonra artıq Şimal, Şimal-Qərb və Şirvan bölgələri üzrə hərəkət edən avtomobillər 200 kilometr az yol qət edəcək və Bakı şəhərinə daxil olmadan birbaşa regionlararası marşrutlar üzrə hərəkət edə biləcəklər. Müasir tələblərə cavab verəcək formada inşa olunacaq yeni yol respublikanın 2 regionunu birləşdirməklə yanaşı, Şamaxı və Quba rayonlarının ucqar dağ kəndlərində yaşayan əhalinin yol problemini də aradan qaldıracaq.
Şamaxı-Quba yolunun eyni zamanda bölgədə yeni turizm marşrutlarının açılmasına xidmət edəcəyi bildirilir. Belə ki, Böyük Qafqaz dağlarını kəsib keçəcək yol boyu yeni turizm obyektlərinin yaradılması nəzərdə tutulur.
Teqlər: