Ərdoğan Rusiyaya mesaj verdi

Ərdoğan Rusiyaya mesaj verdi
  21 Noyabr 2013    Oxunub:1290
`Rusiya kapitalı Türkiyə iqtisadiyyatında daha mühüm rol oynamağa qadirdir`. Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Rossiyskaya qazeta"ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Moskva və Ankaranın bir çox təmas nöqtələri mövcuddur: "Türkiyə Qış olimpiadasının keçiriləcəyi Soçidə bir çox ciddi layihələr reallaşdırır. Əminəm ki, 2014-cü il Olimpiya Oyunları sayəsində Rusiya tarixə düşəcək, bizim orada çalışan podratçılarımız isə bu tarixin iştirakçısı olacaqlar".

Baş nazir əlavə edib ki, Türkiyədəki sabitlik ölkənin beynəlxalq kapitala çıxışını genişləndirməyə imkan verir. Onun Ərdoğanın sözlərinə görə, 11 il ərzində Türkiyədə xarici kapitalın həcmi 122 milyard dollar təşkil edir.

Baş nazir qeyd edib ki, Türkiyə iqtisadiyyatında əldə olunan ciddi uğurların səbəblərindən biri ölkə hökumətinin iqtisadiyyatı demokratiyadan ayırmamasıdır: "Hakimiyyətə gəldiyimiz anda Türkiyənin ixracı 36 milyard dollar təşkil edirdi, indi isə biz 155 milyard dollarlıq mal ixrac edirik".


Teqlər:





Xəbər lenti