4 pilot üçün Qran-Pri başa çatdı

   4 pilot üçün Qran-Pri başa çatdı
  28 Aprel 2019    Oxunub:4449
SOCAR Azərbaycan Qran-Prisində 4 pilot mübarizəni dayandırıb.
Daniel Rikkardo və Daniil Kvyatın ardınca "Red Bull Racing"in pilotu Pyer Qasli "Haas"-ın üzvü Romen Qrojan da Qran Pridə mübarizəni dayandırıb.

***
17:21


"Renault" komandasının üzvü Daniel Rikkardo və "Toro Rosso"un üzvü Daniil Kvyat üçün Formula 1 üzrə 2019 SOCAR Azərbaycan Qran Prisi başa çatıb.

Azvision.az xəbər verir ki, buna səbəb bolidlərin bir-biri ilə toqquşması olub.

Bundan sonra hər iki pilot pit-leynə geri dönüblər və mübarizəni dayandırıblar.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Formula1   F1   AzerbaijanGP  





Xəbər lenti