“Formula 2” üzrə sıralanma turu başa çatdı - Yenilənib
***
Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib.
Azvision.az xəbər verir ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır.
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda pilotların sərbəst yürüşündə “UNI-Virtuosi” komandasının pilotu Luka Qiotto birinci, “Carlin” komandasından Nobuharu Matsuşitaya ikinci, “MP Motorsport”un sürücüsü Cordan Kinq isə üçüncü yeri tutub.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Formula-1