“Formula-1” biletlərinin hamısı satılıb - Nazirdən açıqlama

   “Formula-1” biletlərinin hamısı satılıb -    Nazirdən açıqlama
  24 Aprel 2019    Oxunub:2910
“Formula-1” Azərbaycan Qran-Prisi üzrə biletlərin hamısı satılıb.
Azvision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazirin sözlərinə görə, biletlərin satışı əvvəlki illərlə müqayisədə yüksəkdir.

A.Rəhimov qeyd edib ki, yarış ərəfəsində yeganə problem dünya şöhrətli müğənni Sem Smitin Bakıda planlaşdırılan konsertə gələ bilməməsi idi.

“Qısa müddətdə problem həll olundu. İki gün ərzində yeni müqavilə bağlandı. Dünyaca məşhur müğənni Cessi həmin gün çıxış edəcək”.

Bundan əlavə, nazir bildirib ki, "Formula-1" yarışlarının 3-cü ilində izləyicilərin sayı 83 milyonu aşıb və turistlərin sayında da artım olub.

Aytən Zəhra
Azvision.az




Teqlər: Azad-Rəhimov  





Xəbər lenti