Əsas kapitala yönələn vəsaitin həcmi artıb

Əsas kapitala yönələn vəsaitin həcmi artıb
  21 Noyabr 2013    Oxunub:1612
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artaraq, ümumi sərmayənin 74,2 faizini təşkil edib. Bunun da 79,8 faizi dövlət, 20,2 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşür.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 5 milyard 276,1 milyon manat, bank kreditləri 652,7 milyon manat, büdcə vəsaitləri 6 milyard 229,1 milyon manat, büdcədənkənar fondların vəsaitləri 433,1 milyon manat, əhalinin şəxsi vəsaitləri 372, 1 milyon manat, sair vəsaitlər 126,8 milyon manat təşkil edib.


Teqlər:  





Xəbər lenti