"Neftçi" ciddi itki ilə üzləşdi

"Neftçi" ciddi itki ilə üzləşdi
  23 Aprel 2019    Oxunub:2211
Futbol üzrə Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Sabah”la oyunun əvvəllərində zədələnərək əvəzlənən "Neftçi"nin futbolçusu Kirilo Petrovun vəziyyətinə aydınlıq gəlib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə əsasən, ukraynalı müdafiəçi budun arxa qrup əzələlərinin gərilməsi diaqnozu ilə üç həftə müalicə olunacaq. Futbolçu buna görə mövsümün qalan üç matçında komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Petrov bu mövsüm 24 oyunda meydana çıxıb.

Azvision.az



Teqlər: Neftçi  





Xəbər lenti