“Qalatasaray” və “Trabzonspor”un növbəti qələbəsi - VİDEO

  20 Aprel 2019    Oxunub : 1134
“Qalatasaray” və “Trabzonspor”un növbəti qələbəsi - VİDEO
Türkiyə Super Liqasında 29-cu turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, turun ikinci oyun günündə dörd qarşılaşma keçirilib.

Öz meydanında "Kayserispor"u qəbul edən "Qalatasaray" 3:1 hesablı qələbə qazanıb. Bu qələbə nəticəsində "sarı-qırmızılar" lider "Başakşəhər"lə xal fərqini 2-yə endirib.

Günün digər görüşündə "Trabzonspor" klubu "Malatyaspor"u 2:1 hesabı ilə məğlub edib. "Antalyaspor" səfərdə "Akhisar"a, "Ərzurumspor" isə "Göztəpə"yə qalib gəlib.

"Qalatasaray" - "Kayserispor" - 3:1
"Akhisar" - "Antalyaspor" - 1:2
"Trabzonspor" - "Malatyaspor" - 2:1
"Göztepe" - "Erzurum BB" - 0:1


Teqlər: