Güləşçilərimiz Antalyada daha 4 medal qazanıb

Güləşçilərimiz Antalyada daha 4 medal qazanıb
  21 Aprel 2019    Oxunub:2246
Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında "Çempionlar" turniri davam edir.
Azvision.az xəbər verir ki, yarışın 3-cü günündə güləşçilərimiz daha 4 medal qazanıb. Sərbəst güləşçilərimizdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Əliyev (97 kq) isə bürünc medal qazanıb. Qızların yarışında Jalə Əliyeva (62 kq) üçüncü yerin sahibi olub.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.

Azvision.az



Teqlər: Güləş  





Xəbər lenti