“Yuventus” ardıcıl 8-ci dəfə İtaliya çempionu oldu

“Yuventus” ardıcıl 8-ci dəfə İtaliya çempionu oldu
  21 Aprel 2019    Oxunub:3689
"Yuventus" klubu İtaliya A seriyasında növbəti oyununu keçirib.
Azvision.az xəbər verir ki, Turin təmsilçisi 33-cü turda "Fiorentina"nı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsilə yekunlaşıb.

Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 87-yə çatdıran "Yuventus" ən yaxın izləyicisi "Napoli"ni 20 xal qabaqlayıb və çempionatın bitməsinə 5 tur qalmış liderliyini rəsmiləşdirib. Bununla da, Turin kubu ardıcıl 8-ci dəfə ölkə çempionu titulunu qazanıb.

Azvision.az



Teqlər: Yuventus  





Xəbər lenti