“Mançester Siti” yenidən liderliyə yüksəldi

  20 Aprel 2019    Oxunub : 952
“Mançester Siti” yenidən liderliyə yüksəldi
İngiltərə Premyer Liqasında 35-ci turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Mançester Siti” öz meydanında “Tottenhem”i qəbul edib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyun “şəhərlilər”in 1:0 hesablı qələbəsilə yekunlaşıb. Matçda yeganə qolu Filip Foden vurub.

Qeyd edək ki, “Mançester Siti” klubu bu qələbədən sonra xallarının sayını 86-ya çatdıraraq turnir cədvəlində yenidən liderliyə yüksəlib. “Tottenhem” isə 67 xalla üçüncü pillədə qərarlaşıb.

Azvision.az

Teqlər: İngiltərə   Liqa