“Neftçi”nin qələbəsi, lider “Qarabağ”dır - Turun nəticələri

  19 Aprel 2019    Oxunub : 1474
 “Neftçi”nin qələbəsi, lider “Qarabağ”dır - Turun nəticələri
Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.
Azvision.az xəbər verir ki, turun son oyununda “Neftçi” klubu “Sabah”ın qonağı olub.

“Əlincə Arena”da keçirilən görüşdə “Neftçi” 2:0 hesabı ilə qələbə qazanıb. Paytaxt təmsilçisinə 3 xalı qazandıran qolları 59 və 63-cü dəqiqələrdə Namiq Ələsgərov vurub.



Qeyd edək ki, bu oyundan “Neftçi” xallarının sayını 55-ə çatdırıb. “Qarabağ” klubu isə 57 xalla turnir cədvəlində liderdir.



25-ci turun nəticələri:

“Sabah” – “Neftçi” - 0:2
“Qarabağ” – “Keşlə” - 3:0
“Sumqayıt” – “Səbail” -1:2
Qəbələ” – “Zirə” - 2:1


Azvision.az

Teqlər: Neftçi   Qarabağ   Topaz   Liqa