“Səbail” səfərdə “Sumqayıt”ı məğlub edib

“Səbail” səfərdə “Sumqayıt”ı məğlub edib
  18 Aprel 2019    Oxunub:1611
Topaz Premyer Liqasının 25-ci turuna start verilib.
Azvision.az xəbər verir ki, turun birinci oyununda “Sumqayıt” öz meydanında “Səbail” komandasını qəbul edib. “Kapital Bank Arena” stadionunda baş tutan görüş qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 41-ə çatdıran “Səbail” turnir cədvəlində üçüncü yerdə qərarlaşıb, “Sumqayıt” isə 20 xalla 7-ci yerdədir.

Azvision.az



Teqlər: Topaz   Liqa   Sumqayıt   Səbail  





Xəbər lenti