“Barselona” və “Ayaks” yarımfinalda - VİDEO

“Barselona” və “Ayaks” yarımfinalda -  VİDEO
  17 Aprel 2019    Oxunub:2852
Bu gecə Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçirilib.
Azvision.az xəbər verir ki, keçirilən iki görüşdə ilk yarımfinalçılar müəyyənləşib.

"Barselona" öz meydanında"Mançester Yunayted"lə qarşılaşıb. Səfərdəki görüşdə 1:0 hesablı qələbə qazananan İspaniya klubu ev oyununda da rəqibi məğlub edib. İspanlar bu mərhələdə "Portu" - "Liverpul" cütünün qalibi ilə üz-üzə gələcək.



Digər matçda isə "Yuventus" "Ayaks"la qarşılaşıb. Komandaların Hollandiyada keçirilən qarşılaşmasında 1:1-lik nəticə qeydə alınmışdı. İtaliyada 2:1 hesablı qələbə qazanan "Ayaks" "Yuventus"u ÇL-dən kənarlaşdırıb. Amsterdam təmsilçisi yarımfinalda "Mançester Siti" - "Tottenhem" cütünün qalibi ilə qarşılaşacaq.



Azvision.az




Teqlər: ÇL   Ayaks   Barselona  





Xəbər lenti