Azərbaycanın qadın güləşçisi Avropa çempionu oldu

   Azərbaycanın qadın güləşçisi Avropa çempionu oldu
  13 Aprel 2019    Oxunub:3647
Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçiriləm güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Azvision.az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Elis Manolova ilk mərhələdə isveçli həmkarına qalib gəlib.

Elis dörddəbir finalda alman güləşçini məyus edərək yarımfinala adlayıb. Bu mərhələdə dünya və Avropa çempionu finlandiyalı Petra Olli ilə qarşılaşan E.Manalova möhtəşəm güləş nümayiş etdirib.

Titullu rəqibini “tuşe” ilə məğlub edən idmançımız ötən il Kaspiyskdə keçirilən analoji yarışdakı məğlubiyyətin əvəzini çıxıb və ardıcıl ikinci il qitə çempionatının finalına yüksəlib. Finalda rumıniyalı rəqibi Krişta Tunde İnçeyə qalib gələn güləşçimiz Avropa çempionu olub.

Azvision.az



Teqlər: Avropa-Çempionatı   Güləş  





Xəbər lenti