Şahmat üzrə uşaq beynəlxalq turnirinin qalibi

Şahmat üzrə uşaq beynəlxalq turnirinin qalibi
  19 Noyabr 2013    Oxunub:1926
İsmayıl Şıxəliyev şahmat üzrə 9-cu uşaq beynəlxalq turnirinin qalibidir.
Bakıda 9-cu uşaq beynəlxalq şahmat turniri başa çatdı.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, yarışda Azərbaycan, Gürcüstan, İran, Hindistan və Fransadan 47 şahmatçı iştirak etmişdir.

Turnir İsveçrə sistemi üzrə 7 turda keçirilib.

Birinci yeri 7 mümkün xaldan 6,5 xal toplamış İsmayıl Şıxəliyev tutmuşdur. İkinci yerdə 7 mümkün xaldan 6 xal qazanmış Niyazi Nağdıyevdir. 3-7-ci yerləri beş şahmatçı bölüşmüşdür (7 mümkün xaldan hərəsi 5 xal), lakin əmsala görə üçüncü yeri Rüstəm Bünyadov tutmuşdur. Gürcüstanlı Gigi Absaridze xarici şahmatçılar arasında ən yaxşı nəticə göstərmişdir – 15-ci yer.

Turnirin bağlanışında “Gənclik” şahmat klubunun direktoru, Azərbaycanın Əməkdar Məşqçisi Gennadi Gelman turnirin keçirilməsinə kömək göstərən bütün şəxslərə minnətdarlığını bildirib və elan edib ki, 10-cu yubiley turniri 2014-cü ilin aprelində Bakıda keçiriləcək.


Teqlər:





Xəbər lenti