Avropanın ən az vergisi və gəliri olan ölkəsi

Avropanın ən az vergisi və gəliri olan ölkəsi
  17 Noyabr 2013    Oxunub:1188
Baş nazir Viktor Ponta: Rumıniya Avropa İttifaqında ən az vergiləri olan dövlətdir.
AzVision.az xəbər verir ki, Rumıniyanın Baş naziri Viktor Ponta hökumətin iclasında bildirib ki, rəsmi Buxarest Avropa İttifaqında ən az vergiləri olan dövlətdir. Nazir təəssüflə deyib ki, Rumıniyada vergilərin az olması vergidən yayınmanın qarşısını almır.

Noyabrın 15-də təqdim olunan 2014-ci ilin büdcə rəqəmləri onu göstərir ki, Rumıniyada büdcə gəlirləri ümumi daxili məhsulun 32,9 faizini təşkil edəcəkdir. Bu rəqəm Avropa İttifaqında ortalama ÜDM-in 46 faizini təşkil edir.

Baş nazir Rumıniyanı Avropa İttifaqında ən az vergiləri və ən az gəlirləri olan ölkələrdən biri kimi xarakterizə edib.


Teqlər:





Xəbər lenti