Azad Rəhimov Abu-Dabidə bir sıra görüşlər keçirib

Azad Rəhimov Abu-Dabidə bir sıra görüşlər keçirib
  15 Mart 2019    Oxunub:2468
Gənclər və idman naziri Azad Rəhimov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabi şəhərində start götürən Dünya Xüsusi Olimpiya Oyunlarının açılış mərasiminə qatılıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, səfər çərçivəsində A.Rəhimov bir sıra görüşlər keçirib. O, Abu-Dabinin Vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, BƏƏ-nin baş naziri və vitse prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl Məktum, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şrayver, Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista, Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiç, Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Məhəmmədiulı ilə görüşüb.

Nazir Abu Dabi vəliəhdinə Prezident İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb. Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan dərin təşəkkürünü bildirərək, öz növbəsində onun da salam və səmimi arzularının dövlət başçısına çadrırılmasını xahiş edib.

T.Şrayver tədbirin açılış mərasimində çıxışı zamanı ötən il Bakıda keçirilmiş Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin XX Qlobal Forumu haqqında xüsusi danışıb. O, Bakı Forumunun bu hərəkatın inkişafında müstəsna rol oynadığını bildirərək, Azərbaycanın əqli məhdudiyyətləri olan və olmayan gənclərə dəyər nümayiş etdirdiyini, dünya şöhrətli ulduzların da məhz o müddətdə Bakıya səfər etdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Dünya Xüsusi Yay Olimpiya Oyunlarında 170-dən artıq ölkənin 7 mindən artıq xüsusi olimpiyaçısı iştirak edir. Azərbaycanı bu yarışda 56 idmançı 10 idman növündə təmsil edir.

Azvision.az


Teqlər: Azad-Rəhimov   İdman  





Xəbər lenti