“Fənərbağça” liderə məğlub oldu

“Fənərbağça” liderə məğlub oldu
  10 Mart 2019    Oxunub:2760
Türkiyə Superliqasında 25-ci turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, lider “Başakşəhər” öz meydanında “Fənərbağça”nı qəbul edib. Turun mərkəzi oyunu qarşılıqlı hücumlar şəraitində keçsə də, sevinən tərəf meydan sahibləri olub. Görüş “Başakşəhər”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra “Başakşəhər” turnir cədvəlində 57 xalla liderliyini möhkəmləndirib, “Fənərbağça” isə 28 xalla 14-cü pillədə yer alıb.

Azvision.az



Teqlər: Başakşəhər   Trabzonspor  





Xəbər lenti