Bakıda ilk dəfə - Avropa çempionatı keçiriləcək
Üç gün davam edəcək çempionatda aerobika gimnastları medallar uğrunda mübarizə apararaq öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.
Böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.
Qeyd edək ki, 23 ölkədən gimnastların çıxış edəcəyi çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.
Azvision.az
Teqlər: Avropa-Çempionatı