“Mançester Siti” 6-cı dəfə kuboku qazanıb - VİDEO

“Mançester Siti” 6-cı dəfə kuboku qazanıb -  VİDEO
  25 Fevral 2019    Oxunub:2549
İngiltərə Liqa Kubokunun final oyunu keçirilib.
Azvision.az -ın məlumatına görə, həlledici qarşılaşmada "Mançester Siti" və "Çelsi" komandaları üz-üzə gəlib.

Matçın əsas və əlavə vaxtında qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "şəhərlilər" titula sahib çıxıblar. Bununla da "Mançester Siti" tarixində 6-cı dəfə (1970, 1976, 2014, 2016, 2018, 2019) Liqa kubokunu qazanıb. "Mançester Siti" bu göstərici ilə yalnız "Liverpul"dan (8 dəfə) geri qalır.



Qeyd edək ki, matçın maraqlı anlarından biri əlavə olunan vaxtın son dəqiqələrində "Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa ilə baş məşqçi Mauritsio Sarri arasında yaşanıb. Belə ki, Sarri zədələnən Arrisabalaqanı əvəzləmək istəyib. Lakin qapıçı meydandan çıxmaq istəməyib və baş məşqçi bu səbəbdən onu əvəzləyə bilməyib. Mübahisə zamanı italiyalı mütəxəssis əsəblərini cilovlaya biləyib.



Kənan Məmmədov
Azvision.az


Teqlər: Futbo  





Xəbər lenti