Rüstəm Orucov "Böyük Dəbilqə"də 3-cü oldu

Rüstəm Orucov "Böyük Dəbilqə"də 3-cü oldu
  24 Fevral 2019    Oxunub:2055
Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, cüdoçumuz yalnız beynəlxalq turnirin çempionu, yaponiyalı Şohei Onoya uduzaraq 3-cü yeri tutub. Rüstəm Orucov Almaniyada Əlcəzair, İtaliya, Polşa və Rusiya idmançılarını məğlub edərək fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, Orucov dalbadal 2-ci dəfədir Düsseldorf turnirini medalla başa vurub. Almaniyada keçirilən "Böyük Dəbilqə" turnirində 93 ölkədən 605 cüdoçu mübarizə aparır. Azərbaycan bu nüfuzlu yarışda 15 idmançı ilə təmsil olunur.

Azvision.az



Teqlər:





Xəbər lenti