Dünyanın ən iri inhisarçı aviaşirkəti yaradıldı

Dünyanın ən iri inhisarçı aviaşirkəti yaradıldı
  14 Noyabr 2013    Oxunub:1515
ABŞ-ın Ədliyyə Nazirliyi “American Airlines” və “US Airways” şirkətlərinin birləşməsinə icazə verib.
ABŞ Ədliyyə Nazirliyinin “American Airlines” və “US Airways” şirkətləri ilə razılaşması aviadaşıyıcıların birləşmə prosesini başa çatdıraraq dünyada ən böyük aviasiya şirkəti yaratmağa imkan verəcək.

Razılaşmalara görə, yeni birləşən şirkət inhisarçıya çevrilməmək üçün büdcədən maliyyələşən aviaşirkətlərə ABŞ-ın ən iri aeroportlarında bir neçə slot verməli olacaq.

Slot təyyarələrin havaya qalxması və yerə enməsi üçün ayrılan vaxt intervalıdır. Böyük aeroportlarda slotlar çox baha ola bilər.

11 milyard dollarlıq sövdələşmə ABŞ-da Federal məhkəmə və Avropa İttifaqı tərəfindən bəyənilsədə, federal hökumətin yeni iddiası ilə üzləşib. İddiada deyilir ki, iki aviadaşıyıcının birləşməsi ABŞ-ın daxili bazarında “rəqabəti xeyli azaldacaq” və nəticədə biletlərin qiymətləri artacaq, istehlakçılara isə ziyan dəyəcək.


Teqlər:





Xəbər lenti