“Mançester Yunayted” “Çelsi”ni kubokdan kənarlaşdırdı

“Mançester Yunayted” “Çelsi”ni kubokdan kənarlaşdırdı
  19 Fevral 2019    Oxunub:2033
İngiltərə kubokunda 1/8 final mərhələsinin son oyunu keçirilib.
Azvision.az xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Çelsi" ilə qarşılaşıb. "Stemford Bric" stadionunda keçirilən oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə ilə "Mançester Yunayted" klubu növbəti mərhələyə yüksəlib. Matçda qolları 31-ci dəqiqədə Ander Herrera və 45-ci dəqiqədə Pol Poqba vurub.

Azvision.az



Teqlər: İngiltərə   Kubok  





Xəbər lenti