İki güləşçimiz İranda medal qazanıb

İki güləşçimiz İranda medal qazanıb
  08 Fevral 2019    Oxunub:2323
İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə “Təxti kuboku” turniri davam edir.
Əənənəvi yarışda 10 ölkədən - İran, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Macarıstan, Hollandiya, Belarus, Qırğızıstan və Gürcüstandan olan pəhləvanlar mübarizə aparırlar.

İki güləşçimiz turnirin bürünc medalını qazanıb. Belə ki, üçüncü yer uğrunda görüşdə Mircəlal Həsənzadə (61 kq) və Olimpiya çempionumuz Şərif Şərifov (92 kq) rəqiblərini məğlub ediblər.

Qeyd edək ki, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında mübarizə aparan millimizin 4 üzvü - Əhmədnəbi Qvarzatilov (61 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qızıl medal uğrunda görüşə çıxacaqlar. Ə.Qvarzatilov qızıl medal uğrunda Uluqbəy Yoldaşbəyov (Qırğızıstan), H.Hacıyev Rza Əfzəli (İran), C.Həsənov Bəhmən Teymuri (İran), N.Hacıyev isə Əli Rzayi Qudarzi (İran) ilə qarşılaşacaq.

Azvision.az



Teqlər: İran   Güləş  





Xəbər lenti