Rafael Ağayev Fransada mükafata layiq görüldü
Yarışda iştirak edən milli komandanın digər üzvlərindən Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Turqut Həsənov, Pənah Abdullayev (ikisi də -84 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici görüşlərə qatılsa da, nəticədə medal qazanmaq şansının əldən veriblər.
"Kiçik dünya çempionatı" adlandırılan "Paris Open" turnirində 82 ölkədən 776 idmançı iştirak edib. Beynəlxalq hakim Cahangir Babayev, məsul final görüşlərini idarə edən referilər arasında olub. Karateçilərimizin növbəti rəsmi yarışı fevralın ortaları Karate1 Premyer Liqasının Dubay mərhələsi olacaq.
Azvision.az
Teqlər: Karate Rafael-Ağayev