Rafael Ağayev Fransada finala çıxdı - FOTO

   Rafael Ağayev Fransada finala çıxdı -    FOTO
  26 Yanvar 2019    Oxunub:4327
Rafael Ağayev (-75 kq) Parisdə Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib.

Azərbaycan Milli Karate Federasiyasından Azvision.az -a verilən məlumata görə, ikinci görüşün ortalarınsa çənəsindən zədələnən R.Ağayev sonrakı iki görüşdə də qalib gəlib.
Yarımfinalda sifətindən daha bir zədə alan karateçimiz, bazar günü finalda turnirin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) ilə qarşılaşacaq.



Daha üç idmançımız, Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici görüşlərə qatılsa da, nəticədə medal qazanmaq şansının əldən veriblər. Şənbə günü daha 10 idmançımız mübarizəyə qatılacaq. Mükafatçıların yekun nəticəsi 27 yanvarda məlum olacaq.

Azvision.az





Teqlər: Karate   Rafael-Ağayev  





Xəbər lenti