İqtisadiyyatımızda muzdla çalışanların - STATİSTİKASI

İqtisadiyyatımızda muzdla çalışanların  - STATİSTİKASI
  10 Noyabr 2013    Oxunub:1284
Doqquz ayda muzdla çalışan işçilərin sayı 1501,7 min nəfər olub.
Oktyabrın 1-dək Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1501,7 min nəfər olub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, onlardan 898,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 603,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,4 faizi təhsil, 18,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmirində, 12,7 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,3 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 1,7 faizi informasiya və rabitə sahəsində , 17,2 faizi iqtisadiyyatın digər sahələrində çalışıb.

Yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 415 manat təşkil etmişdir. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, tikintidə, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, inzibati və yardımçı xidmətlər sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.


Teqlər:





Xəbər lenti