`BP` şirkəti “karyera günü” keçirdi

`BP` şirkəti “karyera günü” keçirdi
  09 Noyabr 2013    Oxunub:1759
Azərbaycan Memarlıq və İnşaat Universitetində bp şirkəti “karyera günü” keçirib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) bp-Azərbaycan şirkətinin tələbə və məzunların işə qəbulu şöbəsinin əməkdaşları tərəfindən tələbələr üçün “karyera günü” təşkil edilmişdir.

AMİU-dan bildiriblər ki, tədbirdə iştirak edən mütəxəssislər bp şirkəti tərəfindən tələbələr üçün təklif olunan təcrübə və məzunların işə qəbulu proqramları barədə məlumat veriblər. Qeyd olundu ki, yay təcrübə proqramı karyeraya başlamaq üçün ilk addım atmağa imkan yaradır. Tələbələr yay tətili zamanı menecerlərin rəhbərliyi ilə 10 həftəlik çalışmaq imkanı qazanacaq. Təcrübə müddətində onlara əməkhaqqı da veriləcək. Eyni zamanda, ən müasir avadanlıq və texnologiyalardan istifadə etməklə, yüksək ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq real layihələr üzərində işləyəcək, müvəffəqiyyətli karyera üçün lazım olacaq texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq. Yay təcrübə proqramına bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2015-ci ildə başa vuracaq tələbələr müraciət edə bilərlər.

Mütəxəssislər tərəfindən təqdim olunan digər layihədə məzunlar şirkətin gənc mütəxəssis və neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramlarına müraciət edərək səriştəli və müstəqil peşəkarlar kimi yetişəcək. Hər iki proqramda iştirak üçün ərizələrin qəbulu noyabrın 20-də başa çatacaq.


Teqlər:





Xəbər lenti