"Qarabağ"ın oyunu ləğv olundu

"Qarabağ"ın oyunu ləğv olundu
  13 Yanvar 2019    Oxunub:1904
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"ın bu gün Rumıniyanın "Botoşani" klubu ilə nəzərdə tutulan oyunu ləğv olunub.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna Antalyada bir neçə gündür davam edən güclü yağış səbəb olub.

Qeyd edək ki, “Qarabağ” yanvarın 16-da Özbəkistanın “Paxtakor”, 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti