Qiymətlər bahalaşıb

Qiymətlər bahalaşıb
  08 Noyabr 2013    Oxunub:1583
AzVision.az xəbər verir ki, Azərbaycanda oktyabr ayında satılmış kənd təsərrüfatı məhsullarından birillik bitkilərin istehsalçı qiymətlərinin 0,6 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 0,1 faiz bahalaşmasına, çoxillik bitkilərin istehsalçı qiymətlərinin isə 3,2 faiz ucuzlaşmasına baxmayaraq, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9 faiz, qarğıdalının 0,1 faiz, arpanın 2,7 faiz, xiyarın 2,2 faiz, pomidorun 0,5 faiz, bibərin 4,8 faiz, göyərtilərin 3,1 faiz, baş soğanın 0,9 faiz, kartofun 0,1 faiz, quru otun istehsalçı qiymətləri 3,0 faiz bahalaşıb, lobya dəninin istehsalçı qiymətləri 5,2 faiz, kələmin 1,3 faiz, baş sarımsağın 12,7 faiz, yoncanın istehsalçı qiymətləri isə 3,0 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 8,0 faiz, almanın 3,2 faiz, qozun istehsalçı qiymətləri 4,3 faiz ucuzlaşıb, armudun istehsalçı qiymətləri 11,5 faiz, üzümün 0,3 faiz, fındığın istehsalçı qiymətləri isə 11,6 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,9 faiz, yumurtanın istehsalçı qiymətləri 4,8 faiz ucuzlaşıb, mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 1,1 və 0,1 faiz, südün 0,7 faiz, quş ətinin (diri çəkidə) 1,7 faiz, balın istehsalçı qiymətləri isə 2,3 faiz bahalaşıb.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,7 faiz bahalaşma müşahidə olunub.

Eləcədə Azərbaycanda 2013-cü ilin oktyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1 faiz bahalaşıb, yükdaşıma tarifləri isə 3,4 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 2,4 faiz ucuzlaşıb, tranzit üzrə 4,0 faiz, ixrac və idxal üzrə isə 0,2 faiz bahalaşıb.

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,4 faiz ucuzlaşıb.

Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri müvafiq olaraq 0,2 və 2,2 faiz bahalaşıb.

Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə 5,5 faiz ucuzlaşma müşahidə edilib.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 6,4 faiz ucuzlaşıb.


Teqlər:





Xəbər lenti