Milli komandanın üzvü "Neftçi"də

Milli komandanın üzvü "Neftçi"də
  03 Yanvar 2019    Oxunub:3337
"Neftçi” PFK gənc futbolçu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlayıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı mərkəz yarımmüdafiəçisi komandanın heyətində 33 nömrəli formanı geyinəcək. "Əlincə”nin yetirməsi olan T.Vəlizadə "Qarabağ”ın və Türkiyənin "Fənərbaxça” klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarımızda çıxış edib. O, U-19 yığmamızın üzvüdür.

Qeyd edək ki, bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlanmışdı.

Azvision.az


Teqlər: Neftçi   Klub  





Xəbər lenti