"Die Welt" qəzeti ARDNŞ-dən yazdı

"Die Welt" qəzeti ARDNŞ-dən yazdı
  07 Noyabr 2013    Oxunub:1462
"Die Welt" qəzeti: ARDNŞ il ərzində Almaniyaya 1,5 milyon ton neft ixrac edir.
Almaniyanı "Die Welt" qəzetində son on il ərzində Azərbaycanın siyasət, iqtisadiyyat, mədəniyyət sahəsində qazandığı uğurlar barədə geniş məqalə dərc edilib.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, məqalədə Azərbaycanın neft gəlirlərinin ölkənin inkişafında oynadığı rol, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm ölkəyə çevrildiyi diqqətə çatdırılıb, bu baxımdan qısa müddətdə yaradılmış etibarlı ixrac neft və qaz kəmərləri sisteminin rolu qeyd olunub.

Məqalədə Azərbaycanın Avropaya qaz nəqli sahəsində həyata kecirdiyi "Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, layihə çərçivəsində TAP boru kəmərinin gerçəkləşməsində Almaniyanın "Eon" şirkəti ARDNŞ-nin tərəfdaşları sirasındadır.

Qəzet yazır ki, bu gün Almaniya SOCAR-ın ixrac etdiyi məhsullar üçün vacib xarici bazar sayılır. Belə ki, il ərzində SOCAR Almaniyaya orta hesabla 1,5 milyon ton neft ixrac edir.
Məqalədə, həmçinin SOCAR-ın `Nanotexnologiyalar` Elmi-İstehsalat Mərkəzinin Almaniya araşdırma mərkəzləri ilə əməkdaşlığı qeyd olunub. DieWelt-in yazdığına əsasən, SOCAR-ın Almaniyada elm və tədqiqat sahəsində yaradaçağı şirkət neft və qaz hasilatında yeni nəsil nanotexnologiyaların inkşafı sahəsində ixtisaslaşacaq.

Məqalədə Elmi-İstehsalat Mərkəzində nanotexnoloji yeniliklərin neft-qaz hasilatı və nəql olunmasında tətbiqinə xüsusi diqqət yetirməsilə yanaşı, sənayenin digər sahələri üçün `Nanosement` kimi bir sıra texnologiyaların yaradıldığı da vurğulanıb.


Teqlər:





Xəbər lenti