Azərbaycanda xərçəngin müalicəsinə 40 milyon pul ayırılıb

Azərbaycanda xərçəngin müalicəsinə 40 milyon pul ayırılıb
  06 Noyabr 2013    Oxunub:1426
“Bu il əməkhaqları, pensiya və müavinətlərin verilməsində 10 faiz artıma uyğun olaraq 2014-cü il büdcəsində müvafiq vəsait ayrılıb”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin6 komitəsinin iştirakı ilə keçirilən büdcə müzakirələrində çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, dünyada iqtisadi böhran davam etdiyi bir dövrdə Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində cari ildə sosial sahədə çalışanların əmək haqları, pensiya və müavinətlər 10 faiz artırılıb.

“Bunun 2014-cü ildə də davam etdirilməsi üçün dövlət büdcəsində 6 yüz milyon manat civarında vəsait nəzərdə tutulub”.

Nazir eyni zamanda yeni fondların təsis edilməsi, yeni proqramların həyata keçirilməsi istiqamətində də addımların büdcədə nəzərdə tutulduğunu qeyd edib.

“Təhsildə strategiyadan irəli gələn vəzifələrin icrası üçün məqsədli olaraq vəsaitlər nəzərdə tutulur. Elmin İnkişaf Fonduna, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının laborityalarla təhciz edilməsi, latın qrafikalı kitabların çapı nəzərdə tutulub. Səhiyyənin inkişafı üçün ayrılan vəsaitlər də 2014-cü il büdcəsində öz əksini tapıb. Xroniki böyrək çatşmazlığı üçün 30 milyon, xərçəngin müalicəsi üçün 40 milyon, şəkərli diabet 34 milyon manat, hemofiliya və talassimiya üçün 11,2 milyon manat vəsait ayrılıb”.

S.Şərifovun sözlərinə görə, hazırda əsas hədəf vergidənyayınmanın qarşısını almaq, vergi borclarının ləğv olunmasını, qeyri-neft sektorundan gələn gəlirlərin həcminin və əmsalının artırılmasına nail olmaqdır. "Eyni zamanda şəhər və rayonlar üzrə gəlirlərin razılaşdırılması istiqamətndə vəzifələr qarşımızda durur. 2014-cü ildə Vergilər Nazirliyindən daxilolmaların 7 milyard 102 milyon manat artırılması proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 702 milyon manat, yəni 11 faiz çoxdur. Gömrük Komitəsindən büdcəyə 1 milyard 510 milyon manat daxil olması proqrnozlaşdırılır ki, bu da cari illə müqayisədə 130 milyon manat çox deməkdir. Büdcədənkənar 4 yüz milyon manat gəlirlərin təmin edilməsi nəzərdə tutulur. Sosial yönümlü xərcələr 2014-cü ilin büdcəsində 27 faiz təşkil edəcək".

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti