Ələt-Astara yolunda qəza, 2 nəfər ölüb

Ələt-Astara yolunda qəza, 2 nəfər ölüb
  05 Noyabr 2013    Oxunub:1129
Salyan rayonu Marışlı kəndi ərazisində “VOLSWAGEN” markalı mikroavtobus və “MAZ” markalı yük avtomobili toqquşub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Salyan rayonu Marışlı kəndi ərazisində (Ələt-Astara yolunun 62-ci kilometrliyində) “VOLSWAGEN” markalı mikroavtobus və “MAZ” markalı yük avtomobili toqquşub.

Nəticədə avtomobillər deformasiyaya uğrayıb, “VOLSWAGEN” markalı avtomobilin sürücüsü - 1944-cü il təvəllüdlü Abbasov Hüseyn İmaməli oğlu və sərnişin - Natella Quliyeva vəfat edib. Digər iki sərnişin və yük avtomobilinin sürücüsü isə xəsarət almışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış H.Abbasovun cəsədini çıxarmış, aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, N.Quliyevanın cəsədi və yaralılar hadisə yerinə çağırılıb. Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar.


Teqlər:





Xəbər lenti